Operativ Məlumat Mərkəzi

Litva Ukraynaya 150-yə qədər əsgər göndərməyə hazırdır

2 dəq
Paylaş:
Litva Ukraynaya 150-yə qədər əsgər göndərməyə hazırdır
bu barədə Baltikyanı ölkə prezidentinin müşaviri Asta Skaisgiryte “Žiņu Radijas” radiostansiyasına müsahibəsində bildirib.Onun sözlərinə görə, Litva...

Litva təhlükəsizlik zəmanətlərinin bir hissəsi kimi Ukraynaya 150-yə qədər əsgər, silah və hərbi texnika göndərməyə hazır olduğunu açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baltikyanı ölkə prezidentinin müşaviri Asta Skaisgiryte “Žiņu Radijas” radiostansiyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Litva Ukraynaya verilə biləcək uzunmüddətli təhlükəsizlik zəmanətlərini dəstəkləyir və bu çərçivədə öz kontingenti ilə iştirak etməyə hazırdır.

Skaisgiryte qeyd edib ki, sülh əldə olunduqdan sonra Litva Ukraynaya 150-yə qədər hərbçi, eləcə də zəruri silah və hərbi texnika göndərə bilər.

Müşavir əlavə edib ki, hazırda Qərb ölkələri Kiyevə 15 ildən 30 ilə qədər müddətə təhlükəsizlik zəmanətləri verilməsi modelini müzakirə edir.

O, həmçinin xatırladıb ki, Vilnüs Ukraynaya Litvanın ümumi daxili məhsulunun 0,25 faizi həcmində hərbi yardım göstərmək öhdəliyi götürüb və bu öhdəliyə sadiq qalır.

Litva Müdafiə Nazirliyinin məlumatına görə, ölkə 2025-ci ildə Ukraynaya təxminən 232 milyon avro həcmində hərbi yardım ayırıb. Bu vəsaitlərin böyük hissəsi hərbi texnikanın alınmasına yönəldilib və sonradan Ukraynaya ötürülüb. Yardıma həmçinin Litva ordu anbarlarından avadanlıq, Ukrayna hərbçilərinin təlimi və reabilitasiyası, beynəlxalq mina təmizləmə koalisiyası çərçivəsində müdafiə sənayesinin maliyyələşdirilməsi və Jitomirdə reabilitasiya mərkəzinin yenidən qurulması daxildir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər