Əsas məzmuna keç

ETX nəzdində 3 yeni mərkəz qurulur

ETX nəzdində 3 yeni mərkəz qurulur

Prezident İlham Əliyev yeni planı təsdiqlədi: RİNN yanında N-SOC və N-CERT mərkəzləri qurulur. Kiberhücumlarla mübarizədə hansı yeniliklər olacaq? Detallar mətndə.

en ru

Bu ilin sonuna kimi Rəqəmsal İnkişaf və Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nəzdində strateji əhəmiyyətli 3 yeni mərkəz yaradılacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu mühüm addım İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı" çərçivəsində reallaşacaq.

Təsdiqlənmiş sənədə əsasən, Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi (N-SOC), Milli Kiberinsidentlərə qarşı Mübarizə Mərkəzi (N-CERT) və rəqəmsal sahədə təhqiqat fəaliyyəti üzrə ixtisaslaşmış mərkəzin təsis edilməsi planlaşdırılır.

Yeni infrastruktur ETX-yə ölkədə baş vermiş kiberinsidentlərin toplanılması və kateqoriyalar üzrə cavab reaksiyalarının verilməsi fəaliyyətini daha effektiv koordinasiya etməyə imkan verəcək.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi isə dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…