Operativ Məlumat Mərkəzi

Əsəd Rusiya-Suriya münasibətlərini dəyərləndirib

1 dəq
Paylaş:
Əsəd Rusiya-Suriya münasibətlərini dəyərləndirib
bunu Suriya lideri Bəşər Əsəd Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib. “Son onilliklərdə ölkələrimiz çox çətin sınaqlardan keçib. Ötən...

Rusiya və Suriya iki dövlət daxilində "çətin sınaqlara" və "çevrilmə proseslərinə" baxmayaraq, etimada əsaslanan münasibətləri qoruyub saxlaya biliblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Suriya lideri Bəşər Əsəd Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.

“Son onilliklərdə ölkələrimiz çox çətin sınaqlardan keçib. Ötən onilliklər ölkələrimizdə mürəkkəb transformasiya proseslərinin şahidi olub. Lakin bütün bu onilliklər ərzində ölkələrimiz arasında münasibətlər etimad səviyyəsini qoruyub saxlayıb”, - deyə o vurğulayıb.

Onun fikrincə, Rusiya ilə Suriya arasında etimada əsaslanan münasibətlər iki ölkənin “xalqının yetkinliyinin” göstəricisidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər