Vəkil Ervand Varosyan Ermənistanda “həmkarlarının diplom aldığını, amma qanunları bilmədiklərini bildirib. O, ölkəsində hüquqşünaslığın olmadığını bildirib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" yerli mətbuata istinadən xəbər verir.
O, Ermənistanın İstintaq Komitəsi ilə Prokurorluğu arasında çəkişmənin olduğunu qeyd edib.
Ervand Varosyan vurğulayıb ki, ancaq Ermənistanda effektiv məhkəmə sistemi olduqda hüquqşünaslar məhkəmələrdə vəziyyəti dəyişə, müstəntiqlərlə prokurorlar arasında ziddiyyətləri yumşalda bilər.
Xüsusən, İstintaq Komitəsi ilə prokurorluq orqanları arasında münasibətlərin xüsusilə İrəvanda kəskinləşdiyi bildirilib. Müstəntiqlər bir çox hallarda prokurorların göstərişlərinə etiraz edir. Bütün bunlar proses iştirakçılarının hüquqlarını pozur.
"Peşə ziddiyyətləri yarana bilər, lakin təəssüf ki, Ermənistanda onlar şəxsi ambisiyalarla əvəz olunur. Mübahisə qanunun şərhi, insan hüquqlarının qorunması ilə bağlı deyil, kimin daha güclü və ya kimlərin bunları pozmağa hazır olması ilə bağlıdır”, - Varosyan bildirib.
"Təəssüf ki, indi Ermənistanda hüquqşünaslıq demək olar, mövcud deyil - müxtəlif institutları bitirib diplom almış çoxlu insanlar var ki, onlar hüququn nə olduğunu bilmirlər", - vəkil əlavə edib.
Onun sözlərinə görə, nəticədə məhkəmə işləri uzanır və irəli sürülən ittihamların qanunla heç bir əlaqəsi yoxdur.