Əsas məzmuna keç

Fransanın keçmiş Baş naziri haqqında istintaq araşdırması başlayır

Fransanın keçmiş Baş naziri haqqında istintaq araşdırması başlayır

Parisdə ciddi siyasi gərginlik: Sabiq hökumət rəhbəri barəsində açılan cinayət işi üzrə dindirilmə prosesi başlayır. Eks-naziri hansı ittihamlar gözləyir?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Fransanın keçmiş Eduar Filip “Le Havre Seine Metropole” şəhər birliyinin idarəolunması ilə bağlı qohumbazlıq və dövlət vəsaitlərinin mənimsənilməsi şübhələri üzrə istintaqa cəlb olunacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Le Monde” və “Blast” qəzetlərinin yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, bu prosedur 2023-cü ilin dekabrında Maliyyə Cinayətləri üzrə Milli Prokurorluq tərəfindən başlanmış ilkin araşdırmanın davamı olaraq həyata keçirilir. Araşdırma qanunsuz maraq toqquşması, dövlət vəsaitlərinin mənimsənilməsi, qohumbazlıq və mənəvi təzyiq ittihamlarını əhatə edir.

İşin başlanmasına səbəb 2023-cü ilin sentyabrında “Le Havre Seine Metropole” qurumunun keçmiş baş direktorunun müavini tərəfindən verilmiş şikayət olub.

İstintaq xüsusilə 2020-ci ilin iyulunda Eduar Filipin rəhbərlik etdiyi şəhər birliyi ilə “LH French Tech” arasında imzalanmış müqaviləyə fokuslanıb. Həmin dövrdə assosiasiyaya Stefani dö Bazele rəhbərlik edib və o, eyni zamanda, rəqəmsal texnologiyalar üzrə bələdiyyə sədrinin müavini vəzifəsini icra edib.

Məlumata görə, bu çərçivədə 2 milyon avrodan artıq dövlət vəsaiti ayrılıb.2024-cü ilin aprel ayında Ruan polisi tərəfindən aparılan araşdırmalar çərçivəsində Havr bələdiyyəsində və şəhər birliyinin qərargahında axtarışlar həyata keçirilib. 2025-ci ilin iyununda mülki tərəf statusu ilə təqdim olunan yeni şikayət artıq müstəqil hakiminin təyin edilməsinə imkan yaradıb. Fransa qanunvericiliyinə əsasən, prokurorluq hələ rəsmi ittiham irəli sürmədiyi halda belə, prosedur avtomatik olaraq məhkəmə istintaqının başlanmasına səbəb ola bilər.

Eduar Filip ittihamları əvvəldən qətiyyətlə rədd edir. Hazırda Havr şəhərinin “Horizons” partiyasından olan meri vəzifəsini icra edən keçmiş Fransa mediasına açıqlamasında bu işdə qanun pozuntusuna yol vermədiyini bildirib.

Qeyd edək ki, bu məhkəmə işi siyasi baxımdan da həssas dövrə təsadüf edir. Eduar Filip mütəmadi olaraq 2027-ci il seçkisində namizəd ola biləcək əsas siyasi fiqurlar sırasında göstərilir. Məhkəmə istintaqının açılması isə artıq geniş ictimai diqqət çəkən bu işə yeni siyasi və hüquqi ölçü qazandıra bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…