Əsas məzmuna keç

Ermənistanda Rusiya bazasının güllələnən hərbçisi xəstəxanaya yerləşdirilib

Ermənistanda Rusiya bazasının güllələnən hərbçisi xəstəxanaya yerləşdirilib

Ermənistanda 102-ci hərbi bazasının başından güllə yarası alan hərbçisi "Gümrü" mərkəzinə çatdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-inə istinadən xəbər verir ki, bu barədə tibb mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Hərbçi tibb mərkəzinə iyulun 10-da təxminən saat 19:00-da son dərəcə ağır vəziyyətdə çatdırılıb və o əməliyyat edilib.

Bildirilib ki, 23 yaşlı Aleksey G. reanimasiya şöbəsindədir, onun vəziyyəti son dərəcə ağır qiymətləndirilir.

Gümrüdə hərbçinin özünü başından güllələdiyi barədə məlumat yayılır. Digər təfərrüatlar bildirilmir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…