Əsas məzmuna keç

Ermənistanda müxalifətçi siyasətçi həbs edilib

Ermənistanda müxalifətçi siyasətçi həbs edilib

“Güclü Ermənistan” blokunun nümayəndəsi David Kazinyan barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

en ru

Ermənistanda “” blokunun nümayəndəsi həbs olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı onun vəkili “Sputnik ”a açıqlayıb.

Kazinyan daha əvvəl saxlanılmışdı və Mərkəzi Seçki Komissiyasının (MSK) onun toxunulmazlığını ləğv etməsindən sonra proses rəsmiləşib.

Vəkilin sözlərinə görə, məhkəmə iclası bütün gecə davam edib və səhər saat 07:10-da başa çatıb. Qərarın elanı isə saat 09:00-a təyin olunub.

Müdafiə tərəfi məhkəmənin qərarını qanunsuz adlandıraraq, proses boyu ittiham tərəfinin heç bir əsaslı dəlil təqdim etmədiyini vurğulayıb.

David Kazinyana qarşı irəli sürülən “rüşvət verməyə hazırlıq” ittihamı ilə bağlıdır. Vəkil Aram Vardevanyan hesab edir ki, bu ittihamın hüquqi əsasdan çox, siyasi xarakter daşıdığını bildirib.

Qeyd edək ki, Kazinyanın adı iki həftə əvvəl Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən yayılan səs yazılarında hallanır.

Xatırladaq ki, iyunun 14-də MSK seçkilərin yekun nəticələrini açıqlayıb. Rəsmi məlumatlara görə, “Vətəndaş müqaviləsi” partiyası 49,7456% səs (64 mandat) toplayıb. “Güclü Ermənistan” bloku 23,2710% səs (29 mandat) qazanıb. “Ermənistan” bloku isə 9,9231% səslə (12 mandat) parlamentə daxil olub.

“Çiçəklənən Ermənistan” partiyası isə 3 seçki məntəqəsində nəticələrin ləğvi səbəbindən 213 səs itirib və 3,9893% nəticə ilə 4%-lik baryeri keçə bilməyib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…