Əsas məzmuna keç

Ermənistanda ABŞ, Fransa və Yunanıstan hərbçilərinin iştirakı ilə təlimlər başladı

Ermənistanda ABŞ, Fransa və Yunanıstan hərbçilərinin iştirakı ilə təlimlər başladı

“Qartal Tərəfdaş-2026” adı altında keçirilən hərbi manevrlərə Kanzas Milli Qvardiyası və sülhməramlı briqada cəlb olunub. Bu hərbi əməkdaşlıq nədən xəbər verir?

en ru

Ermənistanda Fransa, və ABŞ hərbçilərinin iştirakı ilə “ Tərəfdaş-2026” (“Eagle Partner-2026”) hərbi təlimləri başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Məlumata görə, təlimlərdə Silahlı Qüvvələrinin sülhməramlı briqadasından 250 hərbçi iştirak edir. Həmçinin Avropa və Afrikadakı ABŞ ordusundan, eləcə də Kanzas Milli Qvardiyasından 58 hərbçi, Fransa Silahlı Qüvvələrindən 24 hərbçi və Yunanıstan ordusundan 11 hərbçi təlimlərə cəlb olunub.

Bildirilib ki, çərçivəsində sülhməramlı missiyalara hazırlıq və bu istiqamətdə fəaliyyətlərin icrası üzrə məşqlər keçiriləcək.

Təlimlərin əsas məqsədi sülhməramlı əməliyyatlarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət və koordinasiya səviyyəsini artırmaqdır.

Qeyd edək ki, Ermənistan və ABŞ arasında ilk “Eagle Partner” təlimləri 2023-cü ilin sentyabrında keçirilib. Sonuncu belə təlimlər isə 2025-ci ilin avqustunda Ermənistanda baş tutub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…