İraqa rəsmi səfəri çərçivəsində Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani ilə görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasındakı əlaqələr müzakirə edilib.
Habelə görüşdə Ermənistan və İraq arasında iqtisadiyyat, energetika, yüksək yexnologiyalar, elektron idarəetmə sistemləri, turizm, səhiyyə və digər sahələrdə əməkdaşlığın potensialı və onun həyata keçirilməsi üzrə addımların intensivləşdirilməsi zərurəti müzakirə edilib.
Regional vəziyyət və cari hadisələr barədə də fikir mübadiləsi aparılıb.
Tərəflər mövcud problemlərin və çağırışların sülh danışıqları yolu ilə və beynəlxalq fundamental hüquq və normaların aliliyi çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıblar.