Erməni deputat: "Sülh sazişinin mətni üzərində danışıqlar gedir, Azərbaycanla münasibətləri tənzimləmək istəyirik"

Erməni deputat: "Sülh sazişinin mətni üzərində danışıqlar gedir, Azərbaycanla münasibətləri tənzimləmək istəyirik"
03.05.2023 14:27
Aa
dəq

“Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar gedir”.

"Operativ Məlumat Mərkəzi-OMM" “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasından olan deputat Sarqis Xandanyan deyib.

O bildirib ki, danışıqlar tamamlanana qədər nəticələr barədə danışmaq tezdir.

Deputatın sözlərinə görə, Ermənistanın vəzifəsi regionda hərtərəfli sülhə və Azərbaycanla münasibətləri tənzimləməyə nail olmaqdır: “Bu məsələlər danışıqlar masası arxasında həllini tapmalıdır. Aydınlaşdırmaya ehtiyacı olan hüquqi ifadələr var. Sənəd siyasi müzakirələrin nəticəsidir. Sülh sazişinin etibarlı olması üçün buna təminat verən mexanizmlər lazımdır”.

S.Xandanyan söyləyib ki, bu mexanizmlərin yaradılması beynəlxalq ictimaiyyətin fəal iştirakı ilə bağlıdır.

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu