Əsas məzmuna keç

Ərdoğanın hakimiyyəti illərində Türkiyədə həyata keçirilən böyük layihələrin siyahısı açıqlanıb

Ərdoğanın hakimiyyəti illərində Türkiyədə həyata keçirilən böyük layihələrin siyahısı açıqlanıb

bu müddət ərzində ən müasir tibb texnologiyasının mövcud olduğu müasir şəhər xəstəxanaları yaradılıb. Bildirilib ki, xüsusi dizaynı və texnologiyası ilə...

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki Rəcəb Tayyib Ərdoğanın (AK Parti) iqtidarda illərdə ölkədə həyata keçirilən ən böyük layihələrin siyahısı açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu müddət ərzində ən müasir tibb texnologiyasının mövcud olduğu müasir şəhər xəstəxanaları yaradılıb.

Bildirilib ki, xüsusi dizaynı və texnologiyası ilə seçilən Avropanın ən böyük aeroportu - İstanbul açılıb.

Qəzetin məqaləsində qeyd olunub ki, təbii qaz və neft yataqları kəşflərini sürəltəndirən, beləliklə, xarici bazardan asılılığa son qoyan “Abdülhamid Han”, “Kanuni”, “Yavuz” gəmiləri istifadəyə verilib.

Məlumata görə, AK Partinin iqtidarda olduğu illər ərzində Türkiyədə 650 min ev tikilib. Həmçinin müdafiə sənayəsi sahəsində 3 milyard 770 milyon dollarlıq ixrac həyata keçirilib.

Ən mühüm layihələrdən olan pilotsuz uçuş aparatları (PUA) və “Qızıl alma” döyüş təyyarəsi olunub. PUA-lar daha da təkmilləşdirilərək zərbə və kəşfiyyat seriyaları istifadəyə verilib.

Məqalədə vurğulanıb ki, son 20 ildə xalqının 60 illik arzusu gerçək olub: “Yerli və milli avtomobilimizi istehsal etdik. İlin sonuna qədər 20 min TOGG yollarda olacaq. Hər 3 dəqiqədən bir 1 avtomobil istehsal olunur. Hədəfimiz 2030-cu ilə qədər 1 milyon TOGG-nun istifadəyə verilməsidir”.

Həmçinin bildirib ki, 24 ildir davam edən təqaüdlə bağlı yaş məsələsi həll olunub və 2 milyon 250 min insana bu haqq verilib.

Foto qalereya

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…