Ərdəbil vilayəti su problemi ilə üzləşib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ərdəbil Regional Su Şirkəti məlumat yayıb.
“Müxtəlif sektorlarda fərq qoyulmadan su istehlakı səbəbindən Ərdəbil əyaləti su sıxıntısı ilə üzləşib və sakinlər, fermerlər su qıtlığı reallığını qəbul etməli və su çatışmazlığı vəziyyətinin aradan qaldırılması üçün dövlətlə əməkdaşlıq etməli, suya qənaət etməlidirlər”, - deyə məlumatda qeyd olunub.