Əsas məzmuna keç

Enzo Fernandesin agenti "Real"la bağlı şayiələrə aydınlıq gətirdi

Enzo Fernandesin agenti "Real"la bağlı şayiələrə aydınlıq gətirdi

"Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandesin "Real"a keçəcəyi ilə bağlı yayılan xəbərlərə futbolçunun agenti münasibət bildirib.

en ru

""nin argentinalı ulduzu Enzo Fernandesin adı uzun müddətdir ki, Madridin "Real" klubu ilə hallanır.

"Operativ Məlumat Mərkəzi-OMM" "Diario AS" nəşrinə istinadən xəbər verir ki, futbolçunun Madriddə yaşamaq istəyi barədə verdiyi açıqlamalar bu şayiələri daha da gücləndirib.

Hətta bu sözlərinə görə London təmsilçisi onu iki oyunluq heyətdən kənarlaşdırmışdı.

Oyunçunun agenti Xavyer Pastore məsələyə gətirib. O vurğulayıb ki, hazırda qeyri-adi heç nə baş vermir və futbolçu tamamilə "Çelsi"də mövsümü yüksək səviyyədə başa vurmağa köklənib.

"Enzonun o vaxtkı fikirləri bəlkə də yerinə düşmürdü, lakin o, şokedici heç nə deməyib, sadəcə Madridi bəyəndiyini bildirib", - deyə əlavə edib.

Xatırladaq ki, 25 yaşlı yarımmüdafiəçinin London klubu ilə müqaviləsi 2032-ci ilə qədər nəzərdə tutulub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…