Operativ Məlumat Mərkəzi

Ən qədim metro stansiyalar

2 dəq
Paylaş:
Ən qədim metro stansiyalar
Metro ictimai nəqliyyat vasitələri arasında ən çox istifadə edilən nəqliyyat növüdür. Bəs ilk metro stansiyalar hansılardır? "Operativ Məlumat...

Metro ictimai nəqliyyat vasitələri arasında ən çox istifadə edilən nəqliyyat növüdür. Bəs ilk metro stansiyalar hansılardır?

"Operativ Məlumat Mərkəzi-OMM" həmin siyahını təqdim edir.

1. London metrosu.

1863-cü ildən fəaliyyətə başlayıb və dünyanın ən qədim metro stansiyası hesab edilir. 400 kilometrdən uzu xəttə sahib metronun 300-ə yaxın stansiyası var.

2. İstanbul metrosu.

1870-ci ildən tikintisinə başlanılan stansiyada işlər 1975-ci ildə yekunlaşıb. Dünyanın ikinci ən qədim metro stansiyası hesab edilir.

3. Çikaqo metrosu.

6 iyun 1892-ci fəaliyyətə başlayan stansiya ABŞ-nin ən boyük və ən çox istifadə edilən metro stansiyasıdır.

4.Budapeşt metrosu.

1896-cı ildən fəaliyyətə başlayıb və ən qədim metro xəttlərindən biri hesab edilir.

5. Qlazqo metrosu.

1896-cı ilin dekabrında fəaliyyətə başlayan metro stansiya dünyanın ən qədim 5-ci metrosu hesab edilir.

6. Massaçusets metrosu.

1897-ci ildə fəaliyyətə başlayıb.

7. Paris metrosu.

Stansiya 7 iyul 1900-cu ildə fəaliyyətə başlayıb. Hazırda dünyada ən çox istifadə edilən stansiyalardan biridir.

8.Berlin metrosu, "U-Bahn".

Almaniyanın "U-Bahn" stansiyası 1902-ci ildən fəaliyyətə başlayıb. Bu stansiyanı digərlərindən fərqləndirən əsas cəhət onun yarısının tunel şəklində olması, bir hissəsinin isə açıq havada olmasıdır.

9. New-york metrosu.

1904-cü ildən fəaliyyətə başlayıb və ən qədim 9-cu metro xətti hesab edilir.

10. Hamburq metrosu.

1912-ci 15 fevralda fəaliyyətə başlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər