Operativ Məlumat Mərkəzi

Əminə Ərdoğandan TEKNOFEST paylaşımı

1 dəq
Paylaş:
Əminə Ərdoğandan TEKNOFEST paylaşımı
Əminə Ərdoğan öz yazısında bildirib:  "Gənclərimizin elmə və texnologiyaya olan həvəsi gələcəyimizin qızıl açarıdır. Biz hər il səbirsizliklə...

Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan TEKNOFEST ilə bağlı sosial mediasından paylaşım edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KiV-ə istinadən xəbər verir ki, Əminə Ərdoğan öz yazısında bildirib:

"Gənclərimizin elmə və texnologiyaya olan həvəsi gələcəyimizin qızıl açarıdır. Biz hər il səbirsizliklə gözlədiyimiz TEKNOFEST 2023 şövqünü Azərbaycan Prezidenti və onun hörmətli həyat yoldaşı, dostum Mehriban Əliyeva ilə bölüşdük. TEKNOFEST kosmosun, aviasiyanın, elm və texnologiyanın və ölkəmizin ürəyidir. Gənc ixtiraçılarımız var olduqca, yerli və milli texnologiyaya baxışımız əbədi yaşayacaq. Festivalda əməyi keçən hər kəsi təbrik edirəm və gənc qardaşlarımıza uğurlar arzulayıram. Həmçinin ölkəmizin ilk kosmik səyahətçilərini ürəkdən təbrik edirəm”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər