Əsas məzmuna keç

Emin Hüseynov: Ağdam və Füzuli şəhərləri tamamilə dağıdılıb

Emin Hüseynov: Ağdam və Füzuli şəhərləri tamamilə dağıdılıb

Prezidentin xüsusi nümayəndəsi işğaldan azad olunan ərazilərdəki genişmiqyaslı dağıntılar və vandallıq faktları barədə məlumat verib.

en ru

30 illik işğaldan sonra azad edilən ərazilərin ümumi sahəsi 13 min 600 kvadratkilometr təşkil edir. Bu barədə , Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.

Emin Hüseynov qeyd edib ki, həmin ərazilərin 2 min 700 kvadratkilometri Füzuli, Xocavənd və Ağdam rayonlarının payına düşür və bu bölgələr azad edilmiş torpaqlar arasında ən sıx məskunlaşmış ərazilər hesab olunur.

Xüsusi nümayəndə Ağdam və Füzulinin və Şərqi Zəngəzur bölgəsində əhali sayı, ərazi və iqtisadi potensial baxımından ən böyük rayonlar olduğunu vurğulayıb:

  • Bu şəhərlər işğal dövründə ən çox dağıntıya və vandalizmə məruz qalan yaşayış məntəqələri olub.
  • Ağdam və Füzuli sanki heç vaxt mövcud olmayıbmış kimi tamamilə yerlə-yeksan edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…