Operativ Məlumat Mərkəzi

Emin Əmrullayev QS Avrasiya Forumunda çıxış edib

2 dəq
Paylaş:
Emin Əmrullayev QS Avrasiya Forumunda çıxış edib
{"az":"Elm və təhsil naziri Emin Əmrullayev Özbəkistan Respublikasının Daşkənd şəhərində \"Quacquarelli Symonds\" (QS) qlobal reytinq agentliyinin təşkilatçılığı...","en":"","ru":""}

Elm və təhsil naziri Emin Əmrullayev Özbəkistan Respublikasının Daşkənd şəhərində "Quacquarelli Symonds" (QS) qlobal reytinq agentliyinin təşkilatçılığı və Mərkəzi Asiya Universitetinin ev sahibliyi ilə keçirilən QS Avrasiya Forumunda çıxış edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, çıxış zamanı ölkəmizdə beynəlmiləlləşmə və elmi-tədqiqat imkanları barədə məlumat verilib, o cümlədən ali təhsil müəssisələrinin qlobal rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər qeyd olunub.

Əlavə olaraq, forum çərçivəsində müvafiq sahə üzrə nazir və nazir müavinlərinin, o cümlədən qabaqcıl universitetlərin rəhbər heyətinin iştirakı ilə "dəyirmi masa" təşkil olunub.

"Dəyirmi masa" zamanı ali təhsil müəssisələrinin institusional fəaliyyət göstəriciləri, məşğulluq nəticələri, ali təhsildə dayanıqlılıq kimi mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edilib ki, forumda həmçinin Azərbaycanın bir neçə qabaqcıl ali təhsil müəssisəsi nümayəndə heyəti ilə təmsil olunur.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər