Əsas məzmuna keç

Emin Əmrullayev məktəblərdə telefon qadağasını şərh etdi

Emin Əmrullayev məktəblərdə telefon qadağasını şərh etdi

Elm və Təhsil Nazirliyinin yeni qaydaları tədris prosesini necə dəyişəcək? Nazir məktəblərdə elektron cihazların tənzimlənməsi ilə bağlı vacib açıqlama verdi.

en ru

və təhsil naziri şagirdlərin vaxtı mobil telefondan və elektron cihazlardan istifadəsinə qoyulan qadağa ilə bağlı Elm və Təhsil Nazirliyinin Kollegiyasının qəbul etdiyi qərarı şərh edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, nazir "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, dərs zamanı şagirdlərin mobil telefondan danışmaq, oyun oynamaq və ya digər məqsədlərlə istifadə etməsi təlim prosesinə mənfi təsir göstərir.

E. Əmrullayev qeyd edib ki, bu səbəbdən mobil və elektron cihazlardan istifadə məsələsində vahid qaydaların tətbiqinə ehtiyac var:

"Şagirdlərin məktəbə telefon gətirməsi qadağan edilmir. Lakin dərs müddətində telefonlardan istifadə yolverilməzdir və onlar müəyyən edilmiş qaydalara uyğun saxlanılmalıdır. Yalnız fövqəladə və ya təxirəsalınmaz hallarda istisnalar mümkündür. Məqsəd telefonların məktəbə gətirilməsinin qarşısını almaq deyil, dərs vaxtı onlardan istifadənin prosesinə mane olmasının qarşısını almaqdır".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…