Sertifikatlaşdırma nəticəsində 90 minə yaxın təhsil işçisinin əməkhaqqına əlavə ediləcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, indiyədək sertifikatlaşdırma prosesinə 104 min təhsil işçisi cəlb olunub:
"Onlardan 73 min nəfərin əməkhaqqına əlavə edilib. Daha 17,5 min təhsil işçisinin əməkhaqqına əlavə ödənişlərin edilməsi proqnozlaşdırılır".
Bildirilib ki, 2026-cı il iyunun 17-25-də keçirilən sertifikatlaşdırmada ilk dəfə təxminən 20 min müəllim iştirak edib:
"Həmçinin ilk dəfə sertifikatlaşdırma aparılan fənlər üzrə-tarix, texnologiya, fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə 16 569 nəfər iştirak edib. Təxminən 6 min müəllim isə müəllimlərin işə qəbulu müsabiqəsinin bütün mərhələlərini tamamlayaraq məktəblərdə fəaliyyətə başlayıb".