Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Elman Nəsirov: Yeni qanun vətəndaşları mülkiyyət sahibi edir

2 dəq
Paylaş:
Elman Nəsirov: Yeni qanun vətəndaşları mülkiyyət sahibi edir

Tarixi zəfərimizdən sonra indi də Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış prosesinin şahidiyik. Hazırda bu qayıdış prosesi ilə birbaşa bağlı olan, strateji əhəmiyyətli bir qanun layihəsini müzakirə edirik.

“Operativ Məlumat Mərkəzi-OMM” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Elman deyib.

"Bütün dünya görür ki, qurucu dövlətdir. Hazırda geri qayıdan 85 min insanın arasında tələbələr, orada işləyən şəxslər və birbaşa daimi məskunlaşan sakinlər var. Mənzil Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin əsas özəlliyi mənzillərin vətəndaşlara hüququ ilə verilməsinin baxımdan təsbit edilməsidir. Bu qanunla vətəndaşlarımız artıq tamhüquqlu mülkiyyət sahiblərinə çevrilirlər. Bu, olduqca vacib məsələdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax