Əsas məzmuna keç

Əlilliyi olan uşaqların qəyyumluğu dəqiqləşdi

Əlilliyi olan uşaqların qəyyumluğu dəqiqləşdi

Nazirlər Kabineti qərarı ilə sağlamlıq imkanları məhdud şəxslərin himayəçilik qaydaları rəsmiləşib. Görəsən, yeni tənzimləmə hansı hüquqi dəyişiklikləri əhatə edir?

en ru

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Prezidentinin təqaüdünün ödənilməsi qaydasında dəyişiklik edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı qərar imzalayıb.

Qərarla qaydaya yeni bənd əlavə edilib. Bu Qaydada nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanının funksiyalarını himayədar ailəyə verilmiş əlilliyi olan uşaqlara, habelə Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideyn himayəsindən məhrum olmuş əlilliyi olan uşaqlara münasibətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirəcəklər.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…