Operativ Məlumat Mərkəzi

Emin Əmrullayev məktəblərdə qızılca ilə bağlı son vəziyyəti açıqlayıb

1 dəq
Paylaş:
Emin Əmrullayev məktəblərdə qızılca ilə bağlı son vəziyyəti açıqlayıb
Elm naziri Emin Əmrullayev məktəblərdə qızılca vəziyyətini açıqlayıb. Xəstəlik tədris prosesinə ciddi təsir göstərmir.

Qızılca ilə əlaqəli aidiyyəti qurumlarla mütəmadi işləyirik. İstəyimiz odur ki, xəstəlik tədris prosesinə ciddi təsir göstərməsin. Təbii ki, əsas məsələ şagirdlərin təhlükəsizliyidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, qızılcaya yoluxanların sayı ayrı-ayrı məktəblərdə tək-təkdir: "Başa düşməliyik ki, indiki vəziyyət valideynlərin 8-9 il bundan əvvəl verdiyi qərarların nəticəsidir. Xəstəliyin artımı müəyyən müddətə izlənilməlidir. Hazırda alınan rəqəmlər bizə onu deyir ki, böyük pandemiya təhlükəsi görmürük".

Bu xəbəri paylaş

Oxşar xəbərlər