Əsas məzmuna keç

Əli Əsədov ICF prezidenti ilə görüşüb

Əli Əsədov ICF prezidenti ilə görüşüb

Nazirlər Kabinetində Tomas Konietzko və Jan Zunqrana ilə su idmanı və avarçəkmənin inkişafı müzakirə olundu. Yeni əməkdaşlıq sənədi nələri vəd edir? Detallar:

ru en

Azərbaycanda su idman növlərinin və xüsusilə avarçəkmənin inkişafı diqqət mərkəzindədir. Bu çərçivədə, ölkəmizdə səfərdə olan Kanoe Federasiyasının prezidenti Tomas KonietzkoAvropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana ilə mühüm görüş keçirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi məlumatı yayıb.

Görüş zamanı idmanın inkişafının Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb. Həmçinin, ölkədə su idman növlərinin tərəqqisi məqsədilə görülən işlər barədə qonaqlara ətraflı məlumat verilib.

Səfər çərçivəsində Kanoe və Avarçəkmə Federasiyası ilə Avropa Kanoe Assosiasiyası arasında imzalanacaq Anlaşma Memorandumunun böyük əhəmiyyəti xüsusi vurğulanıb.

Qonaqlar Azərbaycanda idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin, eləcə də avarçəkmə üçün yaradılan əlverişli şəraitin onlarda böyük təəssürat yaratdığını bildiriblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…