Əsas məzmuna keç

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi qitələri birləşdirəcək

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi qitələri birləşdirəcək

Antalya Diplomatiya Forumunda mühüm mesaj: Orta Dəhliz və Naxçıvan yolu Ermənistanla sülhə yol açır. Asiya-Avropa arasındakı yeni iqtisadi körpünün detalları burada.

en ru

Dünyada baş verən münaqişələr ölkələrarası ixracat məsələsində ciddi problemlərə yol açır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Antalya Forumunda panel müzakirə zamanı deyib.

O, Orta Dəhlizin bu yöndə xüsusi üstünlüyünə diqqət çəkib:

"Cənubi Qafqazda biz sadəcə ticarəti düşünmürük, bununla bərabər biz sülhü də düşünürük. Bölgəmizdə onillər boyu münaqişə mövcud idi. Bu gün de-fakto olaraq Ermənistanla sülh içərisində yaşayırıq, bu da bizim üçün yeni fürsətlər açır".

Xüsusi nümayəndə Zəngəzur dəhlizinin çox böyük bir layihə olduğunu deyib:

"Zəngəzur reallaşdığı zaman, sadəcə, Azərbaycanla arasında yol deyil, Asiya ilə Avropa arasında ciddi bir bağlantı rolunu oynayacaq.

Nəticə etibarilə Cənubi Qafqaz onillər boyu sürən düşmənçilik münasibətlərindən qurtulub işbirliyi istiqamətində inkişafda olan, sülh və rifah dolu bir bölgəyə çevrilməkdədir".

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…