Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyanın Bakıdakı yeni səfiri Dirk Lölke ilə görüşüb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Almaniyanın Azərbaycandakı diplomatik missiyasının məlumatına istinadən xəbər verir.
Görüş zamanı tərəflər ikitərəfli münasibətləri, eləcə də əməkdaşlığın, xüsusən də iqtisadi və siyasi sahələrdə gələcək inkişaf perspektivlərini müzakirə ediblər.