Əsas məzmuna keç

Elbrus dağında iki nəfər həlak olub

Elbrus dağında iki nəfər həlak olub

bu barədə Kabardin-Balkar Respublikasının rəhbəri Kazbek Kokov öz Teleqram kanalında məlumat verib. “Elbrus dağında tək oturacaqlı kanat yolunda baş...

dağında yolunun qırılması nəticəsində iki nəfər həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kabardin-Balkar Respublikasının rəhbəri Kazbek Kokov öz Teleqram kanalında məlumat verib.

“Elbrus dağında tək oturacaqlı kanat yolunda baş vermiş qəza nəticəsində 2 nəfər həlak olub. Hadisə yerində işləyir,” – Kokov qeyd edib.

İlkin məlumatlara görə, qəzanın səbəbi kanatın dayaqlardan birindəki diyircəkdən sürüşməsi olub.

Hazırda xilasedicilər həlak olanların cəsədlərini təxliyə edirlər. Digər xəsarət alanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, bu yaxınlarda Elbrus dağında, 2800 metr yüksəklikdə, 26 yaşlı Belaruslu turist həyatını itirmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…