Əsas məzmuna keç

Əhməd Yusifov və Rəşid Məmmədəliyev olimpiya reytinqində liderdir

Əhməd Yusifov və Rəşid Məmmədəliyev olimpiya reytinqində liderdir
— Foto: idman.biz

Azərbaycanlı cüdoçular Əhməd Yusifov və Rəşid Məmmədəliyev Los-Anceles-2028 Olimpiadasının təsnifat reytinqində öz çəki dərəcələrində ilk yerdədirlər.

en ru

Beynəlxalq Cüdo Federasiyası (IJF) Los-Anceles-2028 Olimpiadasına vəsiqə uğrunda mübarizəni müəyyənləşdirəcək ilk təsnifat reytinqini açıqlayıb. 60 kq-da 1360 xalla, isə 73 kq-da 1176 xalla liderdir.

Təsnifat dövrü 15 iyun 2026-cı ildən 12 iyun 2028-ci ilədək davam edəcək. Bu müddətdə hər cüdoçunun iki mərhələnin hər birində ən yaxşı altı nəticəsi nəzərə alınacaq. Birinci mərhələdə xalların 50, ikinci mərhələdə isə 100 faizi hesablanacaq.

Reytinqdə 60 kq-da Balabəy Ağayev 716 xalla altıncı, 66 kq-da Nizami İmranov 430 xalla 13-cü, Ruslan Paşayev isə 336 xalla 17-cidir. 81 kq-da Zelim Tçkayev 1055 xalla ikinci, Ömər Rəcəbli 750 xalla altıncı yerdədir. Murad Fətiyev 90 kq-da 925 xalla dördüncüdür.

100 kq-da Zelim Kotsoyev 250 xalla 26-cı yerdədir və hazırkı bölgüyə əsasən Avropa üçün ayrılan qitə kvotasına iddia edir. 100 kq-dan yuxarı çəkidə Kənan Nəsibov 765 xalla beşinci, Camal Qamzatxanov 741 xalla altıncı, Uşangi Kokauri isə 708 xalla yeddincidir. Qadınlarda Gültac Məmmədəliyeva 52 kq-da 471 xalla doqquzuncu, Könül Əliyeva 48 kq-da 293 xalla 18-cidir. Reytinqdəki yerlər ilkin xarakter daşıyır, yekun bölgü 2028-ci ilin iyununda müəyyənləşəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…