Əsas məzmuna keç

Əfv sərəncamı bu gün icra ediləcək

Əfv sərəncamı bu gün icra ediləcək

Prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamının icrası bu gün həyata keçiriləcək. Əfvin icrası Penitensiar Xidmət müəssisələrində, İcra və...

İlham tərəfindən imzalanan əfv sərəncamının icrası bu gün həyata keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əfvin icrası Penitensiar Xidmət müəssisələrində, İcra və Probasiya xidmətində təşkil olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin “ edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlıqdan etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın hissəsindən azad edilib.

Sərəncama əsasən, 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib.

Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…