Son yeniləmə · İlk xəbər ↓
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı Sərəncam Penitensiar Xidmətin 2 və 17 saylı cəzaçəkmə müəssisələrində icra edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu müəssisələrdən 4 nəfər Azərbaycan vətəndaşı azadlığa buraxılıb.
Qeyd edək ki, bu gün imzalanan əfv Sərəncamı 20 nəfərə şamil edilib. Onlardan 19-u azadlıqdan məhrum edilmiş, 1-i isə azadlığı məhdudlaşdırılmış məhkumlardır.
İlk xəbər · Son yeniləmə ↑
Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamının icrasına başlanılıb.
“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, sərəncam Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrində icra olunmağa başlayıb.
Qeyd edək ki, sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.