Əsas məzmuna keç

Əfqanıstanda dəhşətli yol qəzası: 15 nəfər həlak olub

Əfqanıstanda dəhşətli yol qəzası: 15 nəfər həlak olub

Bədəxşan vilayətində avtomobilin uçuruma yuvarlanması nəticəsində çox sayda insan həyatını itirib.

en ru

Əfqanıstanın şimal-şərqində vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Tolonews" telekanalına istinadən xəbər verir ki, Bharak-Arghanvah yolu ilə hərəkət edən vasitəsi idarəetmədən uçuruma yuvarlanıb.

Faciə nəticəsində 15 nəfər dünyasını dəyişib, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rəsmi qurumların açıqlamasına əsasən, həlak olanların 6-sı uşaq, 5-i qadın, 4-ü isə kişidir.

Hadisənin ən sarsıdıcı məqamlarından biri isə qəzada eyni ailədən olan 5 nəfərin vəfat etməsidir. Həmin ailədən yalnız bir azyaşlı uşaq sağ qala bilib.

Qeyd edək ki, bölgədəki çətin relyef və yol infrastrukturunun qeyri-qənaətbəxş olması bu növ bədbəxt hadisələrin baş vermə riskini artırır. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…