Əsas məzmuna keç

Rusiya, ABŞ və Ukraynanın danışıqları fasilədən sonra bərpa olunub - Yenilənib-2

Rusiya, ABŞ və Ukraynanın danışıqları fasilədən sonra bərpa olunub - Yenilənib-2

Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Ukrayna, Rusiya və ABŞ-nin üçtərəfli danışıqları başlayıb. Bu barədə “Operativ Məlumat...

en ru

Son yeniləmə · İlk xəbər ↓

Ukraynanın, Rusiyanın və ABŞ-ın Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Əbu-Dabidə keçirilən üçtərəfli danışıqları fasilədən sonra bərpa olunub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” "TASS"a istinadən xəbər verir.

Əvvəllər məlumat verilmişdi ki, danışıqlar bir saat yarımlıq işdən sonra fasiləyə dayandırılıb.

Yeniləmə ·

Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə , və ABŞ-ın üçtərəfli danışıqları fasilə üçün dayandırılıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə danışıqlar qrupundakı mənbə bildirib.

Onun məlumatına görə, danışıqlar prosesi bir saat yarımlıq işdən sonra dayandırılıb.

Danışıqların nə vaxt bərpa olunacağı barədə hələ ki, məlumat daxil olmayıb.

İlk xəbər · Son yeniləmə ↑

Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Ukrayna, Rusiya və ABŞ-nin üçtərəfli danışıqları başlayıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Rusiya mediasına istinadən xəbər verir.

Qeyd edək ki, görüşdə Ukrayna nümayəndə heyətinə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov, Rusiya nümayəndə heyətinə isə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir.

Danışıqların noyabrın 11-də başa çatacağı gözlənilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…