Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ebola virusu riski Avropa İttifaqı üçün çox aşağıdır

2 dəq
Paylaş:
Ebola virusu riski Avropa İttifaqı üçün çox aşağıdır

Avropa İttifaqı və Uqandada epidemiyasının İttifaq vətəndaşları üçün çox aşağı risk daşıdığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İran KİV məlumat yayıb.

Avropa Komissiyasının sözçülərindən Eva Hrncirova bildirib ki, Aİ hadisələrin inkişafını yaxından izləyir və lazım gəldiyi halda sürətlə tədbir görə bilər.

“Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinə görə, hazırda Aİ-də yoluxma çox aşağıdır, hətta bölgəyə səyahət edən şəxslər üçün belə”, - o deyib.

Hrncirova əlavə edib ki, Avropada adi ictimai səhiyyə qaydalarından əlavə tədbirlərin görülməsini tələb edən hər hansı göstərici yoxdur:

“Xəstəliklərin sərhəd tanımadığını bilirik. Bu, Ebola üçün də keçərlidir. Buna görə də Dünya Səhiyyə Təşkilatı və digər ölkələr, tərəfdaşlarla koordinasiya və əməkdaşlığın son dərəcə vacib olduğunu düşünürük”.

Səhiyyə rəsmilərinin məlumatına görə, mövcud epidemiya Ebola virusunun nadir növlərindən biri olan “” variantından qaynaqlanır və onun təsdiqlənmiş müalicəsi və ya vaksini yoxdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax