Operativ Məlumat Mərkəzi

Dünyada ilk dəfə Ukraynaya “F-16” qırıcılarını Niderland verəcək

1 dəq
Paylaş:
Dünyada ilk dəfə Ukraynaya “F-16” qırıcılarını Niderland verəcək
bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak bildirib. Onun sözlərinə görə, Niderlandın artıq istifadə etmədiyi 18 “F-16”sı mövcuddur: “Həmin...

Dünyada ilk dəfə olaraq Ukraynaya “F-16” qırıcıları Niderland krallığı tərəfindən tədarük ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" “RBK- Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak bildirib.

Onun sözlərinə görə, Niderlandın artıq istifadə etmədiyi 18 “F-16”sı mövcuddur: “Həmin qırıcılar Ukraynaya tədarük edilə bilər. Əvvəlcə, onların özəl şirkətlərə verilməsi planlaşdırılırdı, ancaq bu proses təxirə salınıb”.

Məlumata görə, Avropa İttifaqının yüksək rütbəli rəsmiləri Ukrayna hərbçilərinin bu ilin payızına kimi “F-16” qırıcıları qəbul edəcəyini istisna etməyiblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər