"Con Vik" filminin məşhur siması Lens Reddik ötən gün vəfat edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, aktyor səhər saatlarında qəflətən dünyasını dəyişib.
Özünəməxsus iştirakı ilə fərqlənən Reddik karyerasına 90-cı illərdə "Qərb qanadı" və "Nyu York gizli" kimi şoularla başlayıb.
ABŞ -nin Merilend ştatındakı Baltimor şəhərində böyüyən yeniyetmə Reddik musiqiçi olmaq istəyib. Lakin ailəsinə dəstək olmaq və karyerası üçün əsas yaratmaq məqsədi ilə aktyorluğa yönəlib.
Daha sonra aktyor, teatrlarda fəaliyyət göstərib və 29 yaşında dramaturgiya təhsili alıb.
İlk dəfə "Siqnal" qısa metrajlı ekran işi üçün sınaqdan keçərkən ssenarist Devid Simonla tanış olub.
Reddikin bu müsahibəsi uğurlu olmasa da ilk davamlı rolunu HBO istehsalı olan "Oz" serialında məhbus kimi görünən gizli detektiv olaraq canlandırıb.
Reddikin karyerası üçün ən önəmli iş isə Simonun "Məftil" adlanan serialında canlandırdığı Narkotiklər bölməsindəki leytenant cənab Daniel obrazı olub.
Xatırladaq ki, aktyor növbəti həftə kinosevərlərə təqdim olunacaq 4-cü "Con Vik" filmində baş roldadır