Dünya reytinqi: “Qarabağ” irəliləyib, “Sabah” və “Neftçi” geriləyiblər

Dünya reytinqi: “Qarabağ” irəliləyib, “Sabah” və “Neftçi” geriləyiblər
11.10.2023 10:28
Aa
dəq

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" qurumun rəsmi saytına istinadən xəbər verir ki, 414 komandanın yer aldığı siyahıya Azərbaycanın yenə 3 təmsilçisi düşüb.

Ötən ay 64-cü pillədə qərarlaşan “Qarabağ” yenə irəliləyişə nail olub. Ağdam təmsilçisi hesabındakı 144,5 xalla 61-ci yerə yüksəlib. Azərbaycan çempionunun qabaqladığı nəhənglər sırasında “Ayaks” (Niderland), “River Pleyt” (Argentina) “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (İspaniya) və “Marsel” (Fransa) kimi klublar da var.

“Sabah” və “Neftçi”, əksinə, geriləyiblər. Murad Musayevin yetirmələri 286-cı yerdən 302-ci pilləyə düşüblər. Bakılılar 63,5 xala malikdirlər. Hesabında 61,75 xal olan “Neftçi” isə 311-ci yeri 318-ci pilləyə dəyişib.

Həftənin ən çox oxunanları

Rəqib futbolçuya təpik atan Fernando Musleranın cəzası bəlli olub

Rəqib futbolçuya təpik atan Fernando Musleranın cəzası bəlli olub
DAVAMIN OXU davamın oxu

"Mançester Siti" klubu futbolçusuna yeni müqavilə təklif edib

DAVAMIN OXU davamın oxu

"Barselona" Yamal ilə müqaviləni uzadacaq

DAVAMIN OXU davamın oxu

"Napoli" Kvaratsxeliya ilə müqaviləni uzatmaq istəyir

DAVAMIN OXU davamın oxu

Mendi "Real"da qalacaq

Mendi
DAVAMIN OXU davamın oxu