Amazon təqiblərdən qaçan insanlara kömək etmək üçün daha geniş təşəbbüsün bir hissəsi olaraq Avropada 5000 ukraynalı və digər qaçqınları işə götürməyi vəd edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Hilton Hotels, Adecco və Microsoft da iş və ya karyera dəstəyi təklif edən şirkətlər arasındadır.
Öz ölkələrindən məcburi köçkün düşənlərin qlobal sayı rekord həddə - 110 milyona çatıb.
Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinas bir çox qaçqının iş tapa bilmədiyini bildirib.
"Qitə boyu bizneslərin bu misli görünməmiş dəstəyi on minlərlə ukraynalının Ukraynaya qayıtdıqdan sonra özləri və yaxınları üçün dolanışığını təmin etmək üçün mühüm əhəmiyyət kəsb edəcək".