Əsas məzmuna keç

Dünən təxirə salınmış qabiliyyət imtahanının keçiriləcəyi tarix və yer açıqlanıb

Dünən təxirə salınmış qabiliyyət imtahanının keçiriləcəyi tarix və yer açıqlanıb

DİM-in qərarı ilə Tofiq Bəhramov stadionunda baş tutmayan imtahan iyulun 7-də Azərbaycan İdman Akademiyasında olacaq. Tibbi arayış və digər tələblərlə tanış olun.

en ru

İdman istiqamətinin 62-ci (ümumi fiziki hazırlıq, adaptiv bədən tərbiyəsi və kütləvi sağlamlaşdırıcı idman) komissiyası üzrə iyunun 27-də Tofiq adına Respublika Stadionunda açıq havada keçirilməsi planlaşdırılan ümumi fiziki hazırlıq imtahanı əlverişsiz ilə əlaqədar olaraq təxirə salınıb.

Dövlət İmtahan Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, həmin iyulun 7-də İdman Akademiyasında keçiriləcək.

Abituriyentlər imtahana buraxılış vərəqəsini buradan çap edə bilərlər.

Abituriyentlər (subbakalavrlar) imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahanına buraxılış vərəqəsini mütləq gətirməlidirlər. İdman istiqaməti üzrə imtahana gələrkən abituriyentlər (subbakalavrlar) idman paltarı və sağlamlıq haqqında tibbi arayış (U086 - peşəyə yararlığı haqqında həkim rəyi hissəsində “yararlıdır” və ya “sağlamdır” qeydi olmalıdır) gətirməlidir.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz. Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…