Əsas məzmuna keç

DSX: Batma təhlükəsi ilə üzləşən qayıqda olan şəxslər xilas olunub

DSX: Batma təhlükəsi ilə üzləşən qayıqda olan şəxslər xilas olunub

Yanvarın 16-da saat 16:50-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Cənub regional şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan...

Yanvarın 16-da saat 16:50-də Dövlət Xidməti Mühafizəsinin Cənub regional şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə 2 nəfər üzvü olan plastmas qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən sahildən 6 mil məsafədə təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Xəbərə görə, daxil olmuş məlumat əsasında qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi qeyd olunan istiqamətə göndərilib.

Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində saat 18:45-də dənizdə köməksiz vəziyyətdə qalmış Astara rayonu Şahağacı kənd sakinləri sərhədçilər tərəfindən xilas edilərək sahilə çıxarılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…