Kiyev Avropa İttifaqından yeni kredit aldıqdan sonra “Drujba” kəməri ilə Avropaya qaz tədarükünü yenidən dayandıra bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirlər İsveçrənin "Die Weltwoche" jurnalında yer alıb.
Nəşr boru kəmərinin bərpasını "möcüzələr möcüzəsi" adlandırır.
Qeyd olunur ki, bu, Ukraynaya milyardlarla dollarlıq kreditin verilməsini əngəlləyən Macarıstanın Baş naziri Viktor Orbanın hakimiyyətdən uzaqlaşdırılmasından dərhal sonra, bir gecədə baş verib.
Eyni zamanda, jurnalın şərhçiləri Ukrayna kredit məsələsinin hələ yekunlaşmadığını qeyd edirlər.
Bu baxımdan, jurnal Avropa Birliyinin öz vergi ödəyicilərindən toplanan milyardlarla avro ilə Ukraynanı dəstəkləməyə davam edib-etməməsi barədə sual qaldırıb.