Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

PUA hücumu nəticəsində Moskvada neçə nəfər yaralanıb?

1 dəq
Paylaş:
PUA hücumu nəticəsində Moskvada neçə nəfər yaralanıb?

"Ukraynanın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində 16 nəfər yaralanıb".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Rusiyanın Moskva vilayətinin qubernatoru bildirib.

O, ordusunun Moskvaya qarşı PUA hücumları təşkil etdiyini qeyd edib.

Vorobyovun sözlərinə görə, şəhərində pilotsuz uçuş aparatlarından biri çoxmərtəbəli yaşayış binasına düşüb.

Hadisədən sonra bina sakinləri təxliyə olunub.

Hücum nəticəsində Lyubertsidə idman zalı və sənaye müəssisəsinə ziyan dəyib. Həmçinin Kotelnikidəki ticarət mərkəzində yanğın baş verib.

Vorobyov bildirib ki, hücumlar nəticəsində yaralanan 16 nəfərdən 2-si uşaqdır.

Yaralılara tibbi yardım göstərilir və hücumların nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax