Əsas məzmuna keç

İran İordaniya və Bəhreyndəki ABŞ hərbi bazalarına zərbələr endirdi

İran İordaniya və Bəhreyndəki ABŞ hərbi bazalarına zərbələr endirdi

İran Silahlı Qüvvələri tərəfindən həyata keçirilən pilotsuz uçuş aparatları (PUA) hücumlarının hədəfində ABŞ-a məxsus obyektlərin olduğu bildirilir.

en ru

İran Ordusu və Bəhreyndəki hərbi bazalara hücumları həyata keçirdiyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran İslam Respublikasının Ordusu rəsmi məlumat yayıb.

Bildirilib ki, İranın hərbi qüvvələri pilotsuz uçuş aparatları vasitəsilə İordaniyada yerləşən “Al-Azraq” hərbi bazasına zərbələr endirib. Açıqlamaya əsasən, əməliyyat çərçivəsində “Arash” tipli PUA-larla Bəhreyndəki “Şeyx İsa” aviabazasında yerləşən bir sıra strateji obyektlər də hədəfə alınıb.

İran Ordusunun iddiasına görə, hücumlar nəticəsində bazadakı iri texnika anbarları, örtülü sahələr, eləcə də ağır təyyarələrin texniki xidmət və təmir mərkəzləri vurulub.

Qeyd olunub ki, əməliyyat ölkənin cənub bölgələrinin sakinlərinə həsr edilib. Ordunun bəyanatında bildirilib ki, hərbi qüvvələr ictimai dəstəklə və ölkənin qurucu liderinin, eləcə də həlak olmuş komandirlərin xatirəsinə ehtiram əlaməti olaraq mübarizəni davam etdirəcəklərini bəyan ediblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…