Operativ Məlumat Mərkəzi

Dövlətə xəyanətdə ittiham edilən şəxsin məhkəməsi başlayıb

1 dəq
Paylaş:
Dövlətə xəyanətdə ittiham edilən şəxsin məhkəməsi başlayıb

Dövlətə xəyanətdə təqsirləndirilən Tərlan Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 19-a təyin olunub.

Qeyd edək ki, Abbasov Tərlan Mirbəşir oğlu dövlətə xəyanət etməkdə təqsirləndirilir və ona Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham verilib. Lakin onlara verilən ittihamın mahiyyəti açıqlanmayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər