Əsas məzmuna keç

Dövlət qulluqçuları üçün 23 iyun peşə bayramı günüdür

Dövlət qulluqçuları üçün 23 iyun peşə bayramı günüdür

İyunun 23-də qeyd olunan Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə bu sahədə çalışan şəxslərə hansı güzəştlər və təltiflər nəzərdə tutulub? Ətraflı oxuyun.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bu gün - 23 iyun Azərbaycanda dövlət qulluqçularının kimi qeyd olunur.

“Operativ Məlumat Mərkəzi-OMM” xatırladır ki, dövlət qulluqçularının peşə bayramı İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunub.

Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycanda 2026-cı il yanvarın 1-nə olan məlumata əsasən, dövlət qulluqçularının sayı 27,3 min nəfərdir.

Qeyd olunub ki, onların 31,4 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 7,6 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 3,9 faizi 4-cü təsnifatı, 12,4 faizi 5-ci təsnifatı, 8,7 faizi 6-cı təsnifatı, 44,2 faizi 7-ci təsnifatı, 23,2 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.

Dövlət qulluqçularının 6,6 faizi 1 , 23,6 faizi 1 ildən 5 ilədək, 23,6 faizi 5 ildən 10 ilədək, 18,8 faizi 10 ildən 15 ilədək, 27,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 3 faizini 25 yaşadək, 11,6 faizini 25-29 yaşda, 18,0 faizini 30-34 yaşda, 16,7 faizini 35-39 yaşda, 13,3 faizini 40-44 yaşda, 10,5 faizini 45-49 yaşda, 8,1 faizini 50-54 yaşda, 7,5 faizini 55-59 yaşda, 9,2 faizini 60-64 yaşda, 2,1 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

2025-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 4,5 faiz artaraq 2059 manat təşkil edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…