Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Diplomatların peşə bayramı qeyd olundu

2 dəq
Paylaş:
Diplomatların peşə bayramı qeyd olundu

Azərbaycan xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Gülüstan sarayında rəsmi qəbul və konsert proqramı təşkil edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Rəsmi qəbulda XİN və bir sıra dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, millət vəkilləri, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri iştirak ediblər.

Tədbirdə naziri , Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri , Azərbaycana akkreditə olunmuş diplomatik korpusun duayeni, Mərakeşin ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş çıxış edərək peşə bayramı günü münasibətilə diplomatik xidmət orqanları əməkdaşlarına təbriklərini çatdırıb, onlara fəaliyyətlərində uğurlar arzu ediblər.

Diplomatik xidmət orqanları əməkdaşlarının Azərbaycanın praqmatik xarici siyasət kursunun həyata keçirilməsində, milli maraqlarımızın beynəlxalq səviyyədə irəlilədilməsi və qorunmasında rolu vurğulanıb.

Çıxışlarda əldə edilmiş əsas xarici siyasət nailiyyətlərindən bəhs olunub, prioritetlər barədə danışılıb, ölkəmizin beynəlxalq nüfuzunun artmasında diplomatik xidmət əməkdaşlarının xidmətləri qeyd edilib.

İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət xəttinin reallaşdırılmasında diplomatik xidmət orqanlarının üzərinə mühüm vəzifələrin düşdüyü vurğulanıb.

Rəsmi qəbul konsert proqramı ilə davam edib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax