Əsas məzmuna keç

Dövlət qulluğu vəzifələri üzrə 1692 namizəd imtahan verəcək

Dövlət qulluğu vəzifələri üzrə 1692 namizəd imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 6-da dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına və...

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 6-da dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər ) aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.

DİM-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, imtahanlar saat 10:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahanın yeri, vaxtı, binası və digər zəruri məlumatlar göstərilib.

İmtahana qeydiyyat 2025-ci il oktyabrın 3-dən 23-dək aparılıb və bu müddət ərzində 1692 namizəd təqdim edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər.

İmtahan elektron formada kompüterlər vasitəsilə və Naxçıvan şəhərlərində 2 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 2 ümumi rəhbəri, 20 imtahan rəhbəri, 113 nəzarətçi və 18 buraxılış rejimi əməkdaşı ayrılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…