Dövlət qulluğu imtahanına qeydiyyat başladı

Dövlət qulluğu imtahanına qeydiyyat başladı
20.02.2023 09:57
Aa
dəq

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə martın 18-də keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib.

DİM-dən "Operativ Məlumat Mərkəzi-OMM" verilən xəbərə görə, imtahanda iştirak etmək istəyən dövlət qulluqçuları DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA qrupları üzrə 18 mart saat 10:00-da kompüter vasitəsilə, BB qrupu üzrə isə saat 11:00-da kağız daşıyıcılar vasitəsilə keçiriləcək.

Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında BB qrupu üzrə 6 mart saat 11:00-dək, AB, AC, BA qrupları üzrə isə 16 mart saat 11:00-dək həyata keçiriləcək.

Xatırladaq ki, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanında aşağıdakı şəxslər iştirak edə bilərlər:

- Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq;

- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş,inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan və daha yüksək inzibati vəzifənin tutulmasına iddia edən dövlət qulluqçuları.

Həftənin ən çox oxunanları

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək
DAVAMIN OXU davamın oxu