Əsas məzmuna keç

Dövlət İnvestisiya Proqramının 2027-ci il üzrə xərcləri açıqlanıb

Dövlət İnvestisiya Proqramının 2027-ci il üzrə xərcləri açıqlanıb

Gələn il Azərbaycanda Dövlət İnvestisiya Proqramı üzrə xərclərin 5,3 milyard manat olması nəzərdə tutulur ki, bunun 1,9 milyard manatını dövlət əsaslı...

en ru

Gələn il Azərbaycanda Dövlət İnvestisiya Proqramı üzrə xərclərin 5,3 milyard manat olması nəzərdə tutulur ki, bunun 1,9 milyard manatını dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri), 3,4 milyard manatını isə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərparı ilə bağlı xərclər təşkil edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, 2027-ci ilin zərfinin layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

Büdcə zərfinə əsasən, investisiya xərclərinin 1 milyard 563,7 milyon infrastruktur layihələrinə, 154,3 milyon manatı sosial yönümlü layihələrə, 99,7 milyon manatı müdafiə və hüquq-mühafizə orqanlarına, 82,3 milyon manatı isə digər layihələrə yönəldiləcək.

və Şərqi Zəngəzur iqtisadi rayonlarına xərcləmələrin isə 1 milyard 633,1 milyon manatı infrastruktur layihələrinə, 1 milyard 571,1 milyon manatı sosial yönümlü layihələrə, 181,7 milyon manatı müdafiə və hüquq-mühafizə orqanlarına, 14,1 milyon manatı isə digər layihələrə yönələcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…