Əsas məzmuna keç

DİN qarlı hava ilə bağlı sürücü və piyadalara çağırış etdi

DİN qarlı hava ilə bağlı sürücü və piyadalara çağırış etdi

Daxili İşlər Nazirliyi qarlı və əlverişsiz hava şəraiti səbəbindən yol hərəkəti iştirakçılarına müraciət ünvanlayıb."Operativ Məlumat Mərkəzi-OMM"-in...

en ru

Daxili İşlər Nazirliyi və əlverişsiz səbəbindən iştirakçılarına müraciət ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, müraciətdə bildirilir ki, əvvəlcədən verilmiş proqnozlara uyğun olaraq hazırda paytaxt ilə yanaşı, ölkənin digər şəhər və rayonlarında da hava və yol şəraiti sürücülər və piyadalar üçün çətinlik yaradır. Mövcud vəziyyət yol hərəkətinin təhlükəsizliyinə birbaşa təsir göstərdiyindən hər kəsdən daha yüksək diqqət və məsuliyyət tələb olunur.

Nazirlik vurğulayıb ki, hazırkı hava şəraitində yol örtüyünün sürüşkən olması ehtimalı kifayət qədər yüksəkdir. Xüsusilə qar yağan ərazilərdə sürüşmə riski daha da artır, bu isə vasitələrinin idarə edilməsini çətinləşdirərək yol-nəqliyyat hadisələri ehtimalını yüksəldir.

Bu baxımdan sürücülərə hərəkət zamanı maksimum ehtiyatlı olmaları, öndəki nəqliyyat vasitəsi ilə təhlükəsiz məsafəni saxlamaları, müəyyən edilmiş sürət hədlərinə riayət etmələri, kəskin manevrlərdən çəkinmələri və yol hərəkəti qaydalarına tam əməl etmələri tövsiyə olunur.

Eyni zamanda piyadalara da müraciət edilərək bildirilib ki, onlar yolları yalnız müəyyən edilmiş keçidlərdən keçməli, sürüşkən yol şəraitini nəzərə almalı, nəqliyyat vasitələrinin hərəkətinə xüsusi diqqət yetirməli və şəxsi təhlükəsizliklərini daim ön planda saxlamalıdırlar.

DİN bir daha bütün yol hərəkəti iştirakçılarını ayıq-sayıq olmağa, diqqətli davranmağa və qarşılıqlı anlayış göstərməyə çağıraraq, risklərin yalnız qaydalara əməl etməklə və ehtiyatlı davranışla azaldıla biləcəyini qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…