Əsas məzmuna keç

AYNA Vaqif prospektindəki yol xətlənmələri ilə bağlı məsələyə aydınlıq gətirib

AYNA Vaqif prospektindəki yol xətlənmələri ilə bağlı məsələyə aydınlıq gətirib

Sosial şəbəkələrdə Vaqif prospektində aparılan xətlənmə işləri və zolaqların eni ilə bağlı yaranan müzakirələrə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi münasibət bildirib.

en ru

Bakının müxtəlif küçə və prospektlərində yol hərəkətinin təşkili, eləcə də xətlənmə işlərində edilən dəyişikliklər istifadəçiləri tərəfindən müzakirə mövzusuna çevrilib. Xüsusilə, prospektindəki yeni xətlənmə sürücülər arasında yaradıb. Ərazidən video paylaşan sürücülər zolaqların enindəki fərqliliyin və mikromobillik zolağının kənarındakı çıxıntıların məqsədinin aydın olmadığını qeyd ediblər.

Məsələ ilə bağlı Yerüstü Agentliyindən (AYNA) verilən açıqlamada bildirilib ki, işlər görülərkən müvafiq normativlərə tam əməl olunub:

  • Zolaqların eni: Vaqif prospektində sağ zolaq sərnişinlərin rahat minib-düşməsi üçün daha geniş layihələndirilib.
  • Dayanma qaydaları: Yol boyu quraşdırılan 3.28 yol nişanları və tətbiq olunan həllər, sağ zolaqda qısamüddətli dayanma edən nəqliyyat vasitələrinin ümumi hərəkət axınına maneə yaratmasının qarşısını almaq məqsədi daşıyır.
  • Bufer zonalar: Zolaqların başlanğıc və son hissələrində yerləşdirilən yarımdairəvi buferlər nəqliyyat vasitələrinin dayanma ərazisini dəqiqləşdirir. Eyni zamanda, bu elementlər kəsişən küçələrdən prospektə çıxan və ya prospektdən dönən avtomobillərin təhlükəsiz manevr radiusunu təmin edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…