Əsas məzmuna keç

DİN əməliyyat keçirib, 24 kiloqram narkotik aşkarlanıb

DİN əməliyyat keçirib, 24 kiloqram narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi Bakıda əməliyyat keçirib, 24 kiloqram narkotik aşkarlanıb. Bu barədə "Operativ Məlumat...

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi Bakıda əməliyyat keçirib, 24 kiloqram narkotik aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-dən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunda keçirilən növbəti əməliyyat zamanı narkoşəbəkənin daha iki üzvü - 47 yaşlı Elnur və 29 yaşlı Əkbər Kərimov saxlanılıblar. Sonunculara məxsus və gizli saxlanc yerindən 24 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən E.Hacıyev və Ə.Kərimov narkotik vasitələri Yardımlı və Binəqədi rayonları ərazisindən götürüb maddi gəlir qazanmaq üçün satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…